Modern.az

Tbilisidə etirazçılar Rusiya bayrağını cırdılar

Tbilisidə etirazçılar Rusiya bayrağını cırdılar

Dünya

2 May 2024, 08:24

Gürcüstanın paytaxtı Tbilisidə "xarici agentlər" haqqında qanuna etiraz edən aksiyaçılar parlament binası yaxınlığındakı Rusiya bayrağını cırıblar.

 

Modern.az xəbər verir ki, bu barədə TASS və "RİA Novosti" agentliklərinin müxbirləri məlumat yayıb 

 

Məlumata görə, Rustaveli prospektində parlament binasının xidməti girişinə toplaşanlar əvvəlcə bayrağı yandırmaq niyyətində olublar. Lakin onlar bayrağı yandırmaq əvəzinə cırıblar.

 

Qeyd edək ki, Gürcüstanda etirazlara “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi səbəb olub. Gürcüstan müxalifəti layihəni Rusiyanın xarici agentlər haqqında qanununun analoqu adlandırıb. Mayın 1-də qanun layihəsi parlamentdə ikinci oxunuşda qəbul edilib. 83 deputat onu dəstəkləyib, 23 deputat əleyhinə çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi