Modern.az

Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı

Aktual

2 May 2024, 10:13

Mayın 1-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi