Modern.az

Bakıda beynəlxalq konfrans: xarici nümayəndələr çıxış etdilər

Bakıda beynəlxalq konfrans: xarici nümayəndələr çıxış etdilər

Aktual

2 May 2024, 12:03

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsndə  “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı panel iclası olub.

Modern.az xəbər verir ki, iclasın açılış nitqini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov edib.

Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzinin direktor müavini Elizabeth Clarkın moderatorluğu ilə keçən panel iclasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Banqladeşin keçmiş səfiri və İƏT-in Aİ-dəki keçmiş Daimi Müşahidəçisi İsmət Cahan, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Pakistanın UNESCO yanında Daimi Nümayəndəsi Asim İftixar Əhməd, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Prezidenti Cek Noel Gerard, Parisdəki Ərəb Dünyası İnstitutunun direktoru Kərim İfrak, Dinlərarası Müşavirlik Proqramının Direktoru Praktiki İlahiyyat kafedrasının assistenti professor Kamal Abu-Şamsieh, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının rəhbəri Aleksandr Nesterov, CAGE International təşkilatının icraçı direktoru Məhəmməd Abdur Rabbani çıxış ediblər.

Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir.

Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi