Modern.az

Şahin Mustafayev Rusiyaya GEDİR...

Şahin Mustafayev Rusiyaya GEDİR...

Aktual

2 May 2024, 13:48

Mayın 17-də Kazan şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin iştirakı ilə dəyirmi masa keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "KazanForum"un saytında məlumat verilib.

 

Tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Rusiya iqtisadiyyat nazirinin müavini Dmitri Volvaç, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və digər rəsmi şəxslər iştirak edəcək.

 

Xatırladaq ki, “KazanForum” 2024-cü il mayın 14-dən 19-dək Tatarıstanda keçiriləcək. Bu tədbirdə Azərbaycan, Əlcəzair, Əfqanıstan, Bəhreyn, Misir, İndoneziya, İran, Qazaxıstan, Qətər, Küveyt, Malayziya, Mərakeş, BƏƏ, Suriya, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi