Modern.az

Tibb Universitetinin dosenti vəfat etdi

Tibb Universitetinin dosenti vəfat etdi

Aktual

2 May 2024, 15:20

Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının dosenti Vahid Ziyəddin oğlu Qaraqurbanlı vəfat edib.

 

Modern.az xəbər verir ki, tibb elmləri üzrə fəlsəfə doktoru, ali dərəcəli cərrah Vahid Qaraqurbanlı 1949-cu ildə Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində (Qərbi Azərbaycanın Dağ Borçalısı Loru mahalının Cucikəndində) anadan olub.

 

1968-1974-cü illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində ali təhsil alıb və Moskvada internaturanı bitirdikdən sonra orada Mərkəzi Şəhər Xəstəxanasında işləyib.

 

1979-1981-ci illərdə V.M.Vladimirski adına Moskva Vilayəti Elmi-Tədqiqat İnstitutunda tam klinik ordinatura kursunu bitirib əmək fəaliyyətini 15 saylı Moskva Şəhər Kliniki Xəstəxanasında davam etdirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi