Modern.az

Ermənistan ABŞ-la hərbi sazişin müddətini uzatdı

Ermənistan ABŞ-la hərbi sazişin müddətini uzatdı

Aktual

2 May 2024, 16:16

Mayın 2-də Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinni qəbul edib.


Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
 

Görüş zamanı Ermənistan Respublikası ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı tərəqqisi və inkişaf perspektivləri müzakirə olunub. Əməkdaşlığın hazırkı səviyyəsi qarşılıqlı yüksək qiymətləndirilib. Amerika tərəfi Ermənistanda aparılan müdafiə sahəsində islahatları davam etdirməyə hazır olduğunu bildirib.

Tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Görüşün sonunda nazir Papikyan və səfir Quinn “Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında silahların yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” sazişin müddətinin uzadılmasına dair saziş imzalayıblar.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi