Modern.az

Qızılcadan bir həftədə 42 nəfər öldü

Qızılcadan bir həftədə 42 nəfər öldü

Aktual

4 May 2024, 11:12

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində bir həftə ərzində qızılca xəstəliyindən azı 42 ölüm faktı qeydə alınıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə əyalətin səhiyyə komissarı açıqlama verib. O bildirib ki, bir həftə ərzində ölkənin iki bölgəsində qızılcaya yoluxmuş 200-ə yaxın xəstə müəyyən edilib. Səhiyyə komissarının sözlərinə görə, həmin ərazilərdə peyvəndlənmə prosesi başlayıb və vəziyyət nəzarət altındadır.

 

Qeyd edək ki, Nigeriyanın bir çox şimal əyalətlərində qızılca geniş yayılıb. Uşaqların daha həssas qrup sayıldığı bu virusun peyvəndlənməsində tez-tez çətinliklər yaranır.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-ci ildən bəri qızılcaya yoluxmuş 50 milyondan çox insan vaksin sayəsində xəstəlikdən yaxa qurtara bilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi