Modern.az

"Bu, o demək deyil ki, biz yaxşı işləri görməməliyik" - İsa Qəmbər

Aktual

4 May 2024, 13:36

“Bizim üçün ən şərəfli hadisə Qarabağ müharibəsi və birgünlük antiterror hadisəsi oldu”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın başqanlığına namizədi İsa Qəmbər deyib.

 

“Biz vətənpərvərik. Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirik, qürur duyuruq. Biz hakimiyyəti tənqid etmişik, edəcəyik. Lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik”, - deyə siyasətçi qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi