Modern.az

Dövlət Baxçalı Əhməd Cavad Medalı ilə təltif edildi

Dövlət Baxçalı Əhməd Cavad Medalı ilə təltif edildi

Aktual

5 May 2024, 08:14

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib.

 

Modern.az xəbər verir ki, Dövlət Baxçalı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev, o cümlədən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın övladları ilə görüşüb.

 

Məşhur “Çırpınırdı Qara dəniz” mahnısının müəllifinin anadan olmasının 132-ci ildönümü ilə əlaqədar Türkiyə siyasətçisi Dövlət Baxçalı Türk dünyasının yaxınlaşmasındakı xidmətlərinə görə Əhməd Cavad Şərəf Medalı ilə təltif olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi