Modern.az

Müştəriləri aldadan aviaşirkət cərimələndi

Müştəriləri aldadan aviaşirkət cərimələndi

Aktual

6 May 2024, 08:40

Avstraliyada “Qantas” aviaşirkəti planlaşdırılmayan reyslərə bilet satdığı və ləğv olunan reyslərlə bağlı müştəriləri xəbərdar etmədiyi üçün cərimələnib.

 

Modern.az xəbər verir ki, dövlət qurumlarının yoxlaması şirkətin uzun müddətdir belə saxtakarlıqlara yol verdiyini aşkara çıxarıb. Şirkət bu əməlinə görə 100 milyon Avstraliya dolları (təxminən 120 milyon manat) cərimələnib. Bundan əlavə “Qantas” planlaşdırılmayan reyslər üçün bilet satdığı müştərilərinə də 20 milyon Avstraliya dolları təzminat ödəməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi