Modern.az

Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru kilsəni dəstəklədi - Paşinyana qarşı

Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru kilsəni dəstəklədi - Paşinyana qarşı

Aktual

6 May 2024, 09:21

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş olkovnik Mikael Ambartsumyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanı dəstəklədiyini bəyan edib.

“Mən Baqrat Qalstanyana inanıram və onun yanında olacağam. Qoy polis məni də vursun, amma bunun qaçılmaz hüquqi nəticələrini bilə-bilə. Bu, məlum faktdır: kobud güclə hakimiyyəti uzun müddət saxlamaq mümkün deyil”, - Ambartsumyan Facebook-da yazıb.

Keşiş Baqrat Qalstanyan son günlər Ermənistanın Tavuş bölgəsində Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı keçirilən aksiyaların fəal iştirakçısıdır. O, vəziyyətin gərginləşdirlməsi üçün sakinləri aksiyalarda iştiraka çağırır.

Bu arada Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə hərəkət etdiyini etiraf edib:

“Müqəddəs kilsə həmişə bizimlədir. Biz Ali Patriarxın xeyir-duası olmadan hərəkət edə bilmərik”, - deyə Qalstanyan jurnalistin Erməni Apostol Kilsəsinin etirazlara qatılıb-qatılmadığı ilə bağlı sualını cavablandırarkən vurğulayıb.

Mikael Ambartsumyan 2020-ci il avqustun 11-də Ermənistan Prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, 8 oktyabr 2020-ci ildə isə Milli Təhlükəsizlik Xidmətinin direktor əvəzi təyin edilib.
2 noyabr 2020-ci ildə o tutduğu vəzifədən uzaqlaşdırlıb.

Onun işdən çıxarılması baş nazir Nikol Paşinyanın təklifi ilə reallaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi