Modern.az

Naxçıvanda musiqi, incəsənət məktəblərinə işə qəbul elan edildi

Naxçıvanda musiqi, incəsənət məktəblərinə işə qəbul elan edildi

6 May 2024, 09:50

Azərbaycan Mədəniyyət Nazirliyinin şəbəkəsinə aid olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə elan edilir.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunacaq. Test imtahanı 2 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 02.05.2024-cü il saat 09:00-dan 22.05.2024-cü il saat 18:00-dək aparılacaq.

 

İşə qəbul qaydaları, test imtahanı və müsahibə mərhələsinin proqramları, habelə məktəb və mərkəzlərdə mövcud olan vakansiyalarla aşağıdakı linklərə daxil olmaqla tanış ola bilərsiniz.

 

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibə

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydaları

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində direktor və direktor müavini vəzifələri üzrə vakant yerlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim vəzifəsi üçün vakant yerlər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində müəllim vəzifəsi üzrə vakant yerlər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi