Modern.az

Narkotikin təsiri altında avtomobil idarə edən iki sürücü SAXLANILDI

Narkotikin təsiri altında avtomobil idarə edən iki sürücü SAXLANILDI

7 May 2024, 15:04

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini R.Əsgərova idarə etdiyi “VAZ” və Sabirabad rayon sakini İ.Şirəliyevə idarə etdiyi “Nissan” markalı avtomobillə qayda pozuntusuna yol verdikləri üçün “saxla” işarəsi verilib. Sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar tibbi müayinədən keçirilib.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, müayinənin nəticəsinə əsasən, hər iki sürücünün marixuana istifadə etdiyi məlum olub.

 

R.Əsgərov və İ.Şirəliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi