Modern.az

Əli Əsədov Anıtqəbiri ziyarət edib - FOTO

Əli Əsədov Anıtqəbiri ziyarət edib - FOTO

Aktual

7 May 2024, 17:24

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən xəbərə görə, Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi