Modern.az

Azərbaycan kubokunun qalibi məlum olu

Azərbaycan kubokunun qalibi məlum olu

Aktual

7 May 2024, 17:08

Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub.

 

Modern.az xəbər verir ki, “Araz-Naxçıvan” final matçında “Baku Fire” ilə üz-üzə gəlib.

 

Bakı İdman Sarayında keçirilən görüşün əsas hissəsi 5:5 hesabı ilə başa çatıb və oyun penaltilər seriyasına qədər uzanıb. Burada isə “Araz-Naxçıvan” 5:4 hesabı ilə qalib gələrək kuboka sahib olub.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" bu mövsüm Yüksək Liqanın da qalibi olub. "Baku Fire" isə ötən mövsüm Azərbaycan kubokunu qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi