Modern.az

Keçmiş jurnalist Ümid Partiyasından deputatlığa namizəd OLACAQ

Keçmiş jurnalist Ümid Partiyasından deputatlığa namizəd OLACAQ

Aktual

8 May 2024, 16:18

Qanunvericiliyin tələbinə əsasən bu ilin avqust-sentyabr aylarında Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək.

Azərbaycan Ümid Partiyasının mərkəzi və yerli strukturları artıq bu istiqamətdə müəyyən işlərə başlayıb.

“Bu il ölkəmizdə keçiriləcək Vll çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizəd kimi mən də iştirak edəcəyəm. Ümid Partiyası tərəfindən mənim namizədliyim 75 saylı Yardımlı - Masallı Seçki Dairəsindən irəli sürüləcək”.

Modern.az xəbər verir ki, bunu Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə deyib.

Ənvər Sərdar oğlu Ağazadə 1968 - ci ildə Yardımlı rayonu, Zəngələ kəndində anadan olub.  1987-1989 cu illərdə hərbi xidmətdə olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
1997-2001-ci illərdə jurnalist kimi “Bu ügn” qəzetində fəaliyyət göstərib. Jurnalistlərin Həmkarlar İttifaqının təsisçilərindən biri olub.
2001-ci ildən Ümid Partiyası sıralarında siyasi fəaliyyətə başlayıb. Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri, partiya sədrinin mətbuat məsələləri üzrə müavini, Ümid Partiyası Ali Məclisin sədri vəzifələrində çalışıb. Hal-hazırda Ümid Partiyası sədrinin birinci müavinidir.

Ailəlidir. İki övladı var.

Ənvər Ağazadə 7 noyabr 2010-cu il IV çağırış Milli Məclisə seçkilərdə 18 saylı Nərimanov - Nizami, 1 noyabr 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 75 saylı Yardımlı - Masallı Seçki Dairəsindən Ümid Partiyasının deputatlığa namizədi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi