Modern.az

UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTO

UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTO

Aktual

8 May 2024, 15:58

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümün həsr olunan tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra UNEC Dizayn Məktəbinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 

Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

 

UNEC-in rektoru professor Ədalət Muradov qonaqları salamlayaraq, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Müstəqilliyin ilk illərində Azərbaycanı ağır iqtisadi durumdan çıxaran Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasətinin fəlsəfəsi haqqında fikirlərini iştirakçıların diqqətinə çatdırıb.

 

YAP Ağsaqqallar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevlə bağlı maraqlı xatirələrini bölüşüb.

 

Millət vəkili, YAP İdarə heyətinin üzvü professor Hikmət Babaoğlu Heydər Əliyevin liderlik missiyasından, dünya şöhrətli siyasətçinin zəngin siyasi, dövlətçilik və mənəvi irsindən bəhs edib.

 

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev isə Ümummilli Liderin siyasi fəaliyyətinə nəzər salaraq, Heydər Əliyev zirvəsinin gənclər tərəfindən daim araşdırılmasının əhəmiyyətindən danışıb.

 

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbir Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə davam edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi