Tanınmış şair, jurnalist, publisist Məmməd Kazım bu gün 83 yaşında dünyasını dəyişib.
Modern.az-ın məlumatına görə, bu barədə şair Kənan Hacı ictimaiyyətə məlumat verib:
"Çox ağır xəbər... Həyatımda çox böyük rolu olmuş, mənə mənəvi atalıq eləmiş ağsaqqal şairimiz Məmməd Kazım haqqa qovuşdu... Ruhu şad olsun!"
M. Kazım “Hünər” və digər hərbi-vətənpərvərlik verilişləri ilə insanların dərin hörmətini qazanıb. O, Böyük Vətən Müharibəsində itkin düşmüş minlərlə əsgərlərin yaxınları ilə qovuşmasında vasitəçi olub.