Modern.az

Elçibəyin müşaviri vəfat edib

Elçibəyin müşaviri vəfat edib

26 İyun 2019, 19:41

Türkiyənin tanınmış ictimai-siyasi xadimi,1992-1993-cü illərdə Azərbaycanın Prezidenti Əbülfəz Elçibəyin müşaviri olmuş Nihat Çetinkaya vəfat edib.

Modern.az-ın məlumatına görə, bu haqda xəbər paylaşan eks-baş nazir Pənah Hüseyn sosial şəbəkə üzərindən mərhuma başsağlığı verib.

“Nihat Çətinqayanı millətsevər düşüncəli fikir adamı, Azərbaycan davasına könül vermiş mübariz insan, Böyük Elçibəyin dostu kimi tanınımışam. Azərbaycan Prezidentinin müşaviri işlədiyi dövrdə Elçibəyin bilavasitə tapşırıqları ilə ölkə daxilində və xaricində bir sıra mühüm işlər görmüşdür. Nihat Çətinqayanın adı və xatirəsi Azərbaycan xalqının tarixində əbədilik yaşayacaqdır”.

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı