Modern.az

Xalq artisti vəfat etdi 

Xalq artisti vəfat etdi 

27 Mart 2020, 12:28

"Qaya" Qrupunun bədii rəhbəri Rauf Babayev vəfat edib.

 

Modern.az xəbər verir ki, Xalq artisti 82 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Rauf  Yusif oğlu Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikomunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən isə "Qaya" Dövlət Ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib.

 

Rauf Babayev 2006-cı ildə Xalq artisti fəxri adı ilə, 2017-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

 

Xatırladaq ki, R.Babayev fevralın 23-də axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilmişdi. O, daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi təchiz edilmiş ambulansla Mərkəzi Klinik Xəstəxanaya köçürülmüşdü.

 

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi