Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının dosenti Tofiq Hasilov vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə mərhumun tələbələri bildiriblər.
Tofiq Hasilov 1964-cü ildə Ağsu rayonundakı orta məktəbi bitirib.
1964-1968-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil alıb.
1972-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti baş müəllim, dosent, dekan müavini, dekan əvəzi vəzifələrində işləyib.
1969-1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspirantı olub. İqtisad elmlər namizədi alimlik dərəcəsi alıb.
UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.
Allah rəhmət eləsin.