Modern.az

Heydər Əliyevin təltif etdiyi polkovnik VƏFAT ETDİ

Heydər Əliyevin təltif etdiyi polkovnik VƏFAT ETDİ

Allah rəhmət eləsi̇n

11 Mart 2024, 14:50

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, torpaqlarımızın erməni təcavüzündən müdafiəsində, Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində fərqlənmiş istefada olan polis polkovnik-leytenantı Bəxtiyar Aslanov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə onun qohumları bildiriblər.

Əslən Xocalıdan olan 1962-ci il təvəllüdlü də Bəxtiyar Aslanov erməni təcavüzünə qarşı mübarizdə fərqləndiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə də təltif olunmuşdu. Bu mükafatı ona mərhum dövlət başçısı Heydər Əliyev təqdim etmişdi.

Bəxtiyar Aslanov Xocalı soyqırımı gecəsi atasını və qardaşını itirmişdi.

Onun ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

 Allah rəhmət eləsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir