Modern.az

Azərbaycanlı jurnalist Ukraynada vəfat etdi

Azərbaycanlı jurnalist Ukraynada vəfat etdi

Allah rəhmət eləsi̇n

29 Mart 2024, 04:50

Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Amerikanın səsi” ​radiosunun əməkdaşı İdrak Camalbəyli vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə “AzərTac”ın Ukraynadakı xüsusi müxbiri Emil Hüseynli sosial şəbəkədə bildirib.

 

Jurnalist Kiyevdə qəfil ürəktutmadan dünyasını dəyişib. O, futbol oynayarkən vəfat edib.

İ.Camalbəyli Azərbaycanda ANSpress.com, Olke.az saytlarında, "Bakı xəbər" qəzetində çalışmışdı.

Allah rəhmət eləsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir