Çinin cənubu güclü yağışa təslim olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fucyen əyalətində torpaq sürüşməsi nəticəsində 2 bina uçub, 8 nəfər ölüb.
Vupinq rayonunda 39 ev dağılıb, kənd təsərrüfatı sahələri su altında qalıb, elektrik enerjisi kəsilib, 1600-dən çox insan təxliyə edilib.
Yunnan əyalətində 5 nəfər ölüb, 3 nəfər itkin düşüb. Şiddətli tufan yollara, körpülərə və elektrik stansiyalarına ziyan vurub.
Quanqsi bölgəsində selə düşən 3 uşaqdan 2-ni xilas etmək mümkün olmayıb.