Modern.az

Hava limanı ərazisində nəhəng park salınır

Hava limanı ərazisində nəhəng park salınır

Aktual

29 May 2022, 09:45

Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Beynəlxalq Hava Limanının ərazisində salınacaq “Millət Bağçası” adlı parkda 5 milyon 61 min kvadratmetr sahədə 145 min 300 ağac əkiləcək.

 

Modern.az-ın xəbərinə görə, sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Atatürk Beynəlxalq Hava Limanında keçiriləcək mərasimdə ölkənin ən böyük milli bağının ilk tingləri əkiləcək.

 

Bundan əlavə, nəhəng parkda 2 min nəfərlik tutumu olan idman meydançası da inşa ediləcək. Meydançada 300 nəfər eyni anda idman edə biləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!