Modern.az

İran yeni raketlərini nümayiş etdirdi

İran yeni raketlərini nümayiş etdirdi

Aktual

29 May 2022, 10:14

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqerinin iştirakı ilə yeni raket və pilotsuz uçan aparatlar (PUA) təqdim olunub.

 

Modern.az xəbər verir ki, general hərbi bazaya gələrək yeni “Heydər-1” raketi, “Fatras” və “Kaman-22” PUA-lar ilə tanış olub.

 

Qeyd edilib ki, “Heydər-1” raketi 200 kilometr uzaqlıqdakı hədəfləri dəqiq vurmaq imkanına malikdir.

 

Yeni PUA-lar raket daşımaq üçün nəzərdə tutulub. Döyüş zamanı raketlə təchiz olunan “Fatras” və “Kaman-22” PUA-ları 1000 kilometrlik məsafədəki hədəfləri məhv edə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı