Modern.az

Azərbaycan mənə Gürcüstan qədər əzizdir” – Müxalifət lideri

“Azərbaycan mənə Gürcüstan qədər əzizdir” – Müxalifət lideri

Aktual

29 May 2022, 10:19

"Mənim üçün gürcü xalqı necə əzizdirsə, Azərbaycan xalqı və dövləti də bir o qədər əzizdir".

 

Modern.az xəbər verir ki, bu sözləri “Vahid Gürcüstan” partiyasının lideri, Gürcüstanın keçmiş spikeri Nino Burcanadze Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbirdə bildirib.

 

O, Azərbaycanın Gürcüstan üçün vacib tərəfdaş olduğunu vurğulayıb.

 

"Gürcüstan üçün Azərbaycanın strateji əhəmiyyəti çox vacibdir. İki ölkə arasında bir sıra siyasi və iqdisadi əlaqələr və ən əsası dostluq münasibətləri mövcuddur. Azərbaycanla bu dərin dostluq münasibətlərimiz nəinki belə davam etməli, hətta daha da dərinləşdirilməlidir. Mən azərbaycanlı dostlarımızı Müstəqillik günü münasibətilə səmim qəlbdən təbrik edirəm. Hər il bu günün uğur, inkişaf və rifah gətirməsini diləyirəm", - deyə N. Burcanadze qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı