Modern.az

Mühasiblər imtahan verəcək

Mühasiblər imtahan verəcək

Aktual

29 May 2022, 10:28

Mayın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçirilir.

 

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib. İmtahanda 522 nəfərin iştirak edəcəyi gözlənilir.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.

 

Namizəd imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir:

 

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

 

- imtahana buraxılış vərəqəsi.

 

Üç saat davam edəcək imtahanda namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.

 

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 48 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı