Avstraliyada qeyri-adi uşaq doğulub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, düynaya gələndən uşağın üzündən təbəssüm getmir - körpənin kifayət qədər nadir genetik patologiyası var.
O, ikitərəfli makrostomiya, həddən artıq geniş ağız boşluğu ilə doğulub. Övladlarının xəstəliyindən xəbər tutan gənc valideynlər şok yaşayıblar.
“Həyat yoldaşımla mən bu cür xəstəliyin olduğundan xəbərsiz idik. Düşündüm ki, körpəmizin vəziyyətinə hamiləlik zamanı kifayət qədər diqqətli olmamağım səbəb olub. Amma məlum oldu ki, burada heç nə bizdən asılı olmayıb”, - deyə uşağın anası Kristina Verçer bildirib.
Ağız boşluğunun deformasiyası səbəbindən körpə qidalanmada ciddi çətinlik yaşayır. Uşağa normal həyat şansı vermək üçün əməliyyat tələb olunacaq.