Türkiyəli müğənni Cengiz Kurtoğlunun konsertində silahlı insident olub.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Sakaryanın Kaynarca rayonunda təşkil edilən festivalın bağlanış konsertində Cengiz Kurtoğlu səhnədə olarkən qarşıdurma yaşanıb.
Məlumata görə, üç nəfər arasında başlayan mübahisə davaya çevrilib. Açılan atəş nəticəsində güllələrdən biri üç yaşlı uşağa dəyib.
Yaralılara hadisə yerində təcili tibbi yardım göstərilib. Onların müalicəsi xəstəxanada davam etdirilir.
İnsidentdən sonra konsert izləyiciləri hadisə yerindən qaçmağa başlayıb. Cinayətdə şübhəli bilinən iki nəfər tutulub.
Hazırda faktla əlaqədar araşdırma aparılır.

