Modern.az

Bill Qeytsdən yeni pandemiya ANONSU - Qorxulu ssenari

Bill Qeytsdən yeni pandemiya ANONSU - Qorxulu ssenari

Aktual

29 May 2022, 11:45

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts yaxın 20 ildə bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi riskini qiymətləndirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İspaniyanın “El Diario” qəzetinə müsahibəsində yaxın 20 il ərzində yeni pandemiya riskinin 50 faiz olduğunu bildirib.

 

Bill Qeyts yeni pandemiyanın bəşəriyyətə məlum olan virusdan qaynaqlana biləcəyini qeyd edib.

 

“Bu, qripin növlərindən biri, yaxud digər növ koronavirus ola bilər. Bu da bizə daha tez müalicəni təşkil etməyə və vaksin əldə etməyə nail olmağımıza imkan yarada bilər. Ancaq bu, insanların, bioterrorçularınn yaradacağı və yayacağı virus da ola bilər. Bu isə çox qorxulu ssenaridir”, - deyə milyarder xəbərdarlıq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı