Modern.az

Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaratdı - VİDEO

Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaratdı - VİDEO

Aktual

Bu gün, 10:12

Bakının Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.

Modern.az Xəzər Tv-yə istinadən xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.

Küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə işlər davam etdirilir: “Paytaxtın Rəşid Behbudov küçəsində zolaqların sayı saxlanılmaqla mikromobillik zolağı təşkil edilib. Zolaq 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə kimi bir hissəni əhatə edir. Növbəti mərhələdə isə Rəşid Behbudov küçəsi boyu zolaq uzadılacaq. Ərazidə müvafiq nişanlar da quraşdırılacaq. Görülən işlər çərçivəsində ərazidə taksilərin dayanması üçün şərait saxlanılır. Belə ki, taksi nəqliyyat vasitələri mikromobillik zolağına yanaşı - sol tərəfdə onlar üçün ayrılan yerdə dayana bilərlər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?