Modern.az

Anbardan 70 min manatlıq telefon və aksesuarlar oğurlandı

Anbardan 70 min manatlıq telefon və aksesuarlar oğurlandı

Aktual

31 Avqust 2026, 14:06

Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?