Modern.az

Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır

Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır

Aktual

Bu gün, 10:28

COP17-nin yaxınlaşmasını simvolizə edən daha bir element - konfransın başlanmasına qədər qalan vaxtı göstərən kəpənək paytaxtda quraşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.

“Bundan sonra o, hər gün bizə İrəvanın biomüxtəlifliyin qorunmasına həsr olunmuş ən mühüm qlobal konfranslardan birinə ev sahibliyi etməsinə nə qədər vaxt qaldığını xatırladacaq. Hər gün COP17-yə daha da yaxınlaşırıq. Bu tədbir Ermənistanı təbiətin mühafizəsi ilə bağlı qlobal dialoq və qərarların qəbul edilməsi üçün əsas platformalardan birinə çevirəcək. Geri sayım başlayıb. İrəvan COP17-yə hazırlaşır. Təbiətin naminə fəaliyyət göstəririk”, - deyə nazirliyin açıqlamasında bildirilib.

Xatırladaq ki, COP17 Ermənistanın paytaxtı İrəvanda 19-30 oktyabr tarixlərində keçirilicək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...