Modern.az

BDU-nun yarandığı gündür - 107 il öncə

BDU-nun yarandığı gündür - 107 il öncə

Aktual

Bu gün, 12:14

Bakı Dövlət Universitetinin (BDU) yaradılmasından 107 il ötür. Azərbaycanın ilk ali təhsil müəssisəsi 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən təsis edilib.

AzEdu.az xəbər verir ki, universitetdə ilk dərslər 1919-cu il noyabrın 15-də başlayıb.

BDU-nun ilk rektoru görkəmli rus alimi, professor Vasili İvanoviç Razumovski olub.

Universitetin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin ölkədə milli ali təhsil sisteminin formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri olub.

1919-cu ildə fəaliyyətə başlayan universitet Azərbaycanın elm, təhsil və kadr hazırlığının inkişafında mühüm rol oynayıb. Sonrakı illərdə BDU ölkənin aparıcı elmi və təhsil mərkəzlərindən birinə çevrilib.

Hazırda Bakı Dövlət Universiteti müxtəlif elm və təhsil istiqamətləri üzrə fəaliyyət göstərən, ölkənin ali təhsil sistemində xüsusi mövqeyə malik ali məktəblərdən biridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...