Modern.az

Daimi Arbitraj Məhkəməsi Hind Suları Müqaviləsi ilə bağlı qərar verdi

Daimi Arbitraj Məhkəməsi Hind Suları Müqaviləsi ilə bağlı qərar verdi

Aktual

Bu gün, 13:40

Daimi Arbitraj Məhkəməsi Hind Suları Müqaviləsi ilə bağlı qərar verdi

Bu barədə Modern.az Pakistan səfirliyindən məlumat verilib.

Bildirilib ki, Daimi Arbitraj Məhkəməsi 31 avqust 2026-cı ildə Hind Suları Müqaviləsi ilə bağlı qərar qəbul edib.

Arbitraj Məhkəməsi yekdilliklə qərara alıb ki, Hindistan Hind Suları Müqaviləsini birtərəfli qaydada dayandıra, ləğv edə və ya “dondurulmuş vəziyyətə” gətirə bilməz. Müqavilə tam qüvvədədir və Hindistan üçün məcburidir.

Məhkəmə Hindistanın mümkün əsaslarını, o cümlədən suverenlik, Pakistanın müqaviləni əhəmiyyətli şəkildə pozması iddiası, terrorizm, şəraitin dəyişməsi, silahlı münaqişə və cavab tədbirləri ilə bağlı arqumentləri qəbul etməyib.

Bildirilib ki, müqavilə yalnız Pakistan və Hindistan tərəfindən başqa bir müqavilə imzalanmaqla birgə qaydada dəyişdirilə və ya ləğv edilə bilər.

Ratle Su Elektrik Stansiyası ilə bağlı məhkəmə Pakistanın tələb etdiyi üç müvəqqəti tədbiri təmin edib.

Neytral ekspertin qərarı açıqlananadək Hindistana bənd divarının və enerji qurğusunun suqəbuledici strukturunun müəyyən hissələrində betonu nəzərdə tutulan səviyyədən yuxarı qaldırmaq qadağan edilib.

Hindistan Ratle SES-in tikinti qrafikində edilən dəyişikliklər barədə də məlumat verməlidir.

Bu məhdudiyyətlər neytral ekspertin təxminən 2027-ci ilin iyulunda gözlənilən yekun qərarından sonra 90 gün ərzində qüvvədə qalacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...