Modern.az

Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından "qəhrəman" düzəldirlər

Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından "qəhrəman" düzəldirlər

Aktual

Bu gün, 12:01

Ermənistanda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevlə bağlı müzakirələr davam edir. Ermənistan mətbuatı bir tərəfdən Azərbaycan əsgərinin dindirmə zamanı verdiyi ifadələri yayır, digər tərəfdən isə hadisədə adı hallanan Ani Avetisyan adlı erməni qadından qəhrəman obrazı yaratmağa çalışır.

Modern.az xəbər verir ki, Ermənistanın “Joğovurd” qəzetinin yazdığına görə, Nəsimi Musayev istintaqa verdiyi ifadədə erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmadığını bildirib. Nəşrin məlumatına görə, Azərbaycan hərbçisi ev sahibəsinin onun silahından yapışdığını və buna görə atəş açmağa məcbur qaldığını deyib. O, daha sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü də bildirib.

Ani Avetisyan isə istintaqa verdiyi ifadədə hadisə ilə bağlı fərqli iddialar səsləndirib, Nəsimi Musayevi ittiham edib.

Müşahidələr göstərir ki, Ermənistanda bu hadisə ilə bağlı təkcə hüquqi proses getmir, həm də ictimai-siyasi müstəvidə təbliğat aparılır.

Ermənistanın “Hraparak” qəzetinin bugünkü yazısında Ani Avetisyanın cəsarəti tərənnüm edilib. Onu az qala erməni qadınının mübarizə rəmzinə çeviriblər.

Hətta Avetisyana artıq “Qəhrəman ana” adlı simvolik medal da təqdim olunub.

Qarabağ müharibələrində iştirak etmiş ictimai xadim Armen Petrosyan isə hesab edir ki, məğlubiyyətlərdən və alçaldılma hissindən sonra Ani Avetisyanın Azərbaycan əsgərini yaralaması hadisəsinin erməni cəmiyyətinə psixoloji baxımdan müsbət təsiri ola bilər.

Görünən odur ki, Ermənistan mətbuatı Ani Avetisyanın ətrafında qəhrəmanlıq obrazı formalaşdırılması istiqamətində çalışır. Hadisənin bütün təfərrüatları və tərəflərin bir-birinə zidd iddiaları tam aydınlaşmamış, onun artıq ictimai qəhrəmanlıq simvoluna çevrilməsi təşəbbüsü isə məsələnin hüquqi tərəfi ilə yanaşı, cəmiyyətdə yaradacağı emosional təsirin də ön plana çəkildiyini göstərir.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi