Modern.az

Rüstəm Xəlilov pambıq yığımı ilə əlaqədar sahələrə baxış keçirib - FOTO

Rüstəm Xəlilov pambıq yığımı ilə əlaqədar sahələrə baxış keçirib - FOTO

Aktual

Bu gün, 10:04

Rayonda kənd təsərrüfatının əsas istiqamətlərindən biri olan pambıqçılığın inkişafı, məhsul yığımının vaxtında və itkisiz həyata keçirilməsi, fermerlərin qarşılaşdıqları məsələlərin öyrənilməsi və mövcud vəziyyətin yerində qiymətləndirilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı pambıq sahələrinə baxış keçirib.

Modern.az xəbər verir ki, baxış zamanı rayon rəhbəri pambıq əkinləri aparılmış sahələrdə olub, yığım prosesinin gedişi, məhsulun yetişmə vəziyyəti, sahələrdə görülən aqrotexniki tədbirlər, eləcə də məhsulun tədarük məntəqələrinə daşınmasının təşkili ilə maraqlanıb.

Qeyd olunub ki, pambıq yığımının optimal müddətdə başa çatdırılması, məhsulun keyfiyyətinin qorunması və itkilərin minimuma endirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Sahələrə baxış zamanı aidiyyəti qurumların nümayəndələri və təsərrüfat rəhbərləri tərəfindən pambıqçılıq sahəsində görülən işlər barədə rayon rəhbərinə ətraflı məlumat verilib. Bildirilib ki, mövsümi işlərin səmərəli təşkili, texnikadan düzgün istifadə olunması, işçi qüvvəsinin səfərbər edilməsi və fermerlərlə tədarük müəssisələri arasında əlaqələrin operativ qurulması məhsul yığımının uğurla başa çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rayon rəhbəri pambıq yığımında iştirak edən fermerlərin və zəhmətkeşlərin əməyini yüksək qiymətləndirərək, mövsümün uğurla başa çatdırılması üçün bütün imkanlardan səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb. O, məhsulun itkisiz yığılması, tarlalarda texnikanın fasiləsiz və səmərəli fəaliyyətinin təmin olunması, yığılmış pambığın vaxtında tədarük məntəqələrinə çatdırılması və yaranan məsələlərin operativ həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.

Bununla yanaşı, fermerlərin fəaliyyətinin dəstəklənməsi, aqrar sahədə mövcud imkanların genişləndirilməsi, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə olunması məsələlərinin diqqətdə saxlanılmasının əhəmiyyəti qeyd edilib.

{gallery}

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda daha bir məktəbə HÜCUM - Mühafizəçi xəstəxanalıq oldu