Modern.az

AHİK-in təşkilatçılığı ilə 500-dən çox insan müayinə edildi

AHİK-in təşkilatçılığı ilə 500-dən çox insan müayinə edildi

Aktual

Bu gün, 15:01

Balakəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib

“Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Balakən rayonunda keçirilib.

Modern.az-ın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən aksiya zamanı rayon sakinlərinə ödənişsiz tibbi xidmətlər göstərilib.

Balakən Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan müayinələrdə beş müxtəlif istiqamət üzrə ixtisaslaşmış həkimlər iştirak ediblər.

İki gün davam edən aksiya ərzində ümumilikdə 574 nəfərə 2065 tibbi xidmət göstərilib. Müayinələr zamanı səhhətində hər hansı problem aşkarlanan sakinlərə müvafiq tövsiyələr verilib, onların sonrakı müalicəsinin istiqamətləri müəyyənləşdirilib.

Aksiyanın təşkilində AHİK könüllüləri də fəallıq göstəriblər.

“Həmkardan həmkara qayğı ilə” layihəsinin məqsədi ucqar bölgələrdə yaşayan insanların tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək, sağlamlıqlarının qorunmasına dəstək olmaq və dövlətin sosial siyasətinin həyata keçirilməsinə töhfə verməkdir.

2025-ci ilin aprel ayında icrasına başlanılan layihə çərçivəsində indiyədək ümumilikdə 3560 vətəndaş ödənişsiz tibbi müayinələrdən keçib.

155565115556521555653155565415556551555656

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?