Modern.az

Ramiz Mehdiyevin növbəti məhkəmə tarixi bəlli oldu

Ramiz Mehdiyevin növbəti məhkəmə tarixi bəlli oldu

Aktual

Bu gün, 15:45

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub.

Modern.az xəbər verir ki, "Gununsesi.info"nun məlumatına görə, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında şahidlərin dindirilməsi nəzərdə tutulur.

Məlumata əsasən, həmin gün cinayət işi üzrə bir neçə şahidin ifadəsi dinləniləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?