Modern.az

Əməkdar həkim vəfat etdi 

Əməkdar həkim vəfat etdi 

Allah rəhmət eləsi̇n

5 Sentyabr 2026, 23:36

Uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.

Modern.az ölkə.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Cəfərov 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub.

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab