Modern.az

İkiqat Azərbaycan çempionu vəfat etdi

İkiqat Azərbaycan çempionu vəfat etdi

Allah rəhmət eləsi̇n

Bu gün, 01:11

Gəncə futbolunda ağır itki baş verib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib.

“Kəpəz” klubunun yetirməsi olan futbolçu komandının heyyətində iki dəfə ölkə çempionu olub, ölkə kubolunu qazanıb. Mərhum karyerası ərzində “Turan Tovuz” və “Qarabağ”ın da formasını geyinib.

Veteran futbolçu həmçinin 2010-2013-cü illərədə “Kəpəz”in əvəzedicilərinin 2013-2014 cü ildə isə əsas komandanın köməkçi məşqiçisi olub.

Mərhum sabah dəfn olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab