Ağdaş rayon İcra Hakimiyyətinin keçmiş başçısı Veyis Məmmədov vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Müsavat Məclisinin sədri Arif Hacılı məlumat yayıb.
V.Məmmədov Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından biri olub.
O, 1992-93-cü illərdə icra başçısı işləyib.
Mərhum Ağdaş Rayon Ağsaqqallar Şurasının üzvü idi. Filologiya elmləri namizədi Veyis Məmmədov bu yaxınlarda 80 yaşı tamam olmuşdu.
Allah rəhmət eləsin.