14Aprel | Ana Səhifə - Yazılar - Hamama gedin!
Hamama gedin!

Hidayət Elvüsal


Noular? Həm təmizlikdir, həm mədəniyyət, həm sağlamlıq, hələ desən - həm də istirahət. Amma… dənizdə yox! Hamamda! Dənizi əlimizdən alıblar. Bunu indidən deyirəm ki, bu yay işinizi biləsiz.


Elə mən özüm ötən yay köyrəlmişdim. Yadıma Müşfiqin o dəlisov misrası düşmüşdü: “Əndamını həvəslə qucaqlarkən dalğalar…”. Dedim, fələk, gərək o alçaq, o namərd dalğalar  o qızın əndamını qucaqlayan yeri görəm. Getdim. Görə bilmədim. Hasara almışdılar. Fikirləşdim ki, yəqin belə eləyiblər ki, o namussuz dalğalar başqa qızların da əndamını qucaqlayanda görüb, şeir yazan olmasın. Ayıbdır. Buna Almaniyada Merkel, İngiltərədə Rey, Fransada li Pen, Hollivudda Şeron Stoun, masonların qarabuğdayısı Kondaliza Reys… nə deyər. Deməzlərmi ki, bizim məmləkətdə keçəl vəzifəlilər bir yana, dənizin dalğaları da qadınlara təcavüz etməyə çalışır?!


Amma özümü saxlaya bilmədim. O hündür hasarın yaxınlığında hələ kəsilməmiş tut ağacına çıxıb, həyətə boylandım. Pahooo… Bir dəstə qız yarıçılpaq uzanıb, günəşdən vergi toplayırdılar. Bir keçəl kişi də qızları burda qoyub, yekə, qara bir itin əndamını qucaqlayıb, viski içirdi. İt də onun ağzını-burnunu, hələ keçəl başını da yalayırdı.


Və dalğalar bu qızların heç birinin əndamını qucaqlamağa cəsarət etmirdi. Çünki çox bahalı şey olduqlarını o saat bilinirdi. Belələrinin belinə yaşıl dollardan kəmər taxmamış, qucaqlamaq ancaq dəlinin ağlına gələrdi.


Bir xeyli baxıb, ağacdan endim. Sahil boyu axtardım. Axır ki, bir çimərliyə rast gəldim. Yorulmuşdum. Kölgəliklərin birində oturub, nəfəsimi dərəndə, zırpı bir oğlan gəldi. Yer elədim ki, gəlsin otursun. Oturmuşdu. Xırıltılı səslə:

- Pulunu kim verəcək?

- Nəyin? - deyə soruşdum.

- Bu oturduğun yerin.

- Oturmaq pulludu?

- Bəs nədi? Beş manat!

- Nə?

- Beş! - deyə oğlan iri əlini qaldırıb barmaqlarını göstərdi.

- Heç manatım da yoxdu.

Güldü:

- Adə, yoxdu, get otur qumun üstündə dəə!

Getdim oturdum. Dəniz sakit idi. Dalğalar heç kəsin əndamını qucaqlamırdı. Bəlkə bilirdi ki, burada oturmaq 5 manatdırsa, qucaqlamaq… Pahooo! Belə fakturanı nə dalğa, nə də darğa ödəyə bilməz!

Hələ deyirlər elə yerlər var ki, tək, piyada gedəndə 1, ya 2 manat, maşınla getsən 10-20 manat alırlar. Yəni bizim dənizimizi bizə satırlar. Bu boyda Xəzərdə pulsuz, hasarsız sahil qalacağını ağlım heç kəsmir. Əgər televizor olmasa “dəniz” deyəndə, körpələrimiz peçenye, pampers… düşünəcəklər. Dəniz sahilindəki Bakının pulsuz çimərliyi yoxdur. Qalan yerləri də hasara alınıb, əsir götürülüb. Abşeronun romantik mənzərəsi ona-buna satılıb.

Və əgər çimmək istəyirsinizsə… dənizə yox, hamama gedin.

Hamam, dənizdən ucuzdur.

Həm də səsin olmasa da, hamamda “Yenə o bağ olaydı” mahnısını zümzümə eləyəndə çox qəşəng alınır…

Mən oxumuşam…

MÜƏLLİFİN DİGƏR YAZILARI
İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34