Modern.az

Norveç Kralının dəfn tarixi bəlli oldu

Norveç Kralının dəfn tarixi bəlli oldu

Dünya

31 Avqust 2026, 00:11

Avqustun 28-də 89 yaşında vəfat edən Norveç Kralı V Harald sentyabrın 9-da Paytaxt Osloda dəfn olunacaq.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Kral Evi məlumat yayıb.

Məlumata görə, dəfn mərasimi Oslonun Baş Katedral Kilsəsində (Kafedral) keçiriləcək.

Qeyd edək ki, monarx avqustun ortalarından bəri müalicə olunduğu “Rikshospitalet” Universitet Xəstəxanasında dünyasını dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab