Modern.az

Aylar sonra Maduronun elə görüntüsü yayıldı ki… – FOTO

Aylar sonra Maduronun elə görüntüsü yayıldı ki… – FOTO

Dünya

31 Avqust 2026, 00:39

ABŞ-da həbsdə saxlanılan Venesuelanın devrilmiş lideri Nikolas Maduronun yeni fotosu yayılıb.

Modern.az xəbər verir ki, xarici media fotonun Maduronun “X” sosial şəbəkəsində paylaşıldığını yazıb.

Venesuela lideri fotonu yaxınlarına “sevgi və ümidin kiçik hədiyyəsi” kimi göndərdiyini bildirib.

O, paylaşımında ailəsinin və tərəfdarlarının sevgisini hiss etdiyini, bütün çətinliklərə baxmayaraq güclü qalacaqlarını vurğulayıb.

Paylaşılan görüntüdə Maduro divarın qarşısında gülümsəyərək dayanıb.

Onun üzərində boz rəngli idman geyimi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?