Modern.az

Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı

Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı

Dünya

31 Avqust 2026, 09:52

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında İranın Xark adasına zərbələr endirilməsini əks etdirən süni intellektlə hazırlanmış videolar paylaşıb.

Modern.az xəbər verir ki, Tramp paylaşımına “Xark adasını parça-parça edirlər!!!” sözlərini yazıb.

Görüntülərdə sahildəki tikililərə raket zərbələrinin endirilməsi, daha sonra isə onların yanaraq partlaması əks olunur. ABŞ Prezidenti videoları hansı məqsədlə paylaşdığını açıqlamayıb.

Qeyd edək ki, Fars körfəzində yerləşən Xark adası İranın ən böyük neft ixrac terminallarından birinə ev sahibliyi edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?