Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstana işgüzar səfərə gəlib.
Modern.az xəbər verir ki, Ərdoğanı və həyat yoldaşı Əminə Ərdoğanı Manas Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyev qarşılayıb.
Qarşılama mərasimində Türkiyə və Qırğızıstanın dövlət rəsmiləri də iştirak ediblər.
Səfər çərçivəsində Ərdoğan və Əminə Ərdoğana Qırğızıstanın və VI Dünya Köçəri Oyunlarının simvolu olan oyuncaq bəbir hədiyyə edilib.
Qeyd edək ki, avqustun 31-də və sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş Zirvə Görüşü keçiriləcək.
Yüksək səviyyəli tədbir Qırğızıstanın ŞƏT-ə sədrliyi dövründə təşkil olunur.