Modern.az

Mirziyoyev Putinlə strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər

Mirziyoyev Putinlə strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər

Dünya

Bu gün, 00:04

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Özbəkistan ilə Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

Müzakirələr zamanı qarşılıqlı ticarətdə müsbət dinamikanın saxlanılması, sənaye kooperasiyası layihələrinin sürətləndirilməsi və regionlararası əlaqələrin fəal şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin iki ölkə arasında fəal mədəni-humanitar mübadilənin daha da genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Liderlər ikitərəfli və çoxtərəfli formatlarda nəzərdə tutulan gələcək tədbirlər qrafikini də nəzərdən keçiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...