Rusiyanın İrkutsk vilayətində yerləşən Kovıktinsk qaz-kondensat yatağında sınaq işləri zamanı boru kəmərində partlayışla nəticələnən qəza baş verib.
Modern.az xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, daha yeddi nəfər xəsarət alıb.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib və onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Kovıktinsk yatağı Şərqi Sibirin ən iri qaz-kondensat yataqlarından biri hesab olunur və Çinə qaz tədarükü layihəsində mühüm rol oynayır.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.